Elmar Məmmədyarov Latviyaya rəsmi səfərə gedir

  10 Dekabr 2019    Oxunub : 1056
Elmar Məmmədyarov Latviyaya rəsmi səfərə gedir
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov 12-13 dekabr tarixlərində Latviyada rəsmi səfərdə olacaq.
Bu barədə Azvision.az -a Latviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, E.Məmmədyarovun dekabrın 12-də latviyalı həmkarı Edqars Rinkēvičslə görüşü nəzərdə tutulub.

XİN rəhbərinin Latviya Prezidenti Eqils Levits, parlamentin spikeri İnāra Mūrniece və müdafiə naziri Artis Pabriks ilə də görüşləri planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Məmmədyarov   Latviya