34 yaşlı xanım rəsmən Baş Nazir oldu

34 yaşlı xanım rəsmən Baş Nazir oldu
  10 Dekabr 2019    Oxunub:3181
Bu gün Finlandiya parlamenti hakim Sosial Demokrat Partiyası (SDP) sədrinin birinci müavini Sanna Marinin ölkənin yeni Baş naziri seçilməsinə səs verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, parlamentin 200 deputatından 99-u Marini dəstəkləyib, 70 nəfər isə əleyhinə çıxıb.

Rəsmi olaraq yeni Baş nazir və onun hökumətini Finlandiya Prezidenti Sauli Niiniste təsdiqlədikdən sonra yeni kabinet fəaliyyətə başlayacaq.

Qeyd edək ki, 34 yaşlı Sanna Marin dünyanın ən gənc Baş naziri olmaqla yanaşı, ölkəsinin tarixində ən gənc hökumət başçısıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Baş-Nazir  





Xəbər lenti