Dani Kintana turun ən yaxşı futbolçusu seçilib

Dani Kintana turun ən yaxşı futbolçusu seçilib
  10 Dekabr 2019    Oxunub:2143
Azərbaycan Premyer Liqasında XIV turun ən yaxşı futbolçusu müəyyənləşib.
Azvision.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIV turunun ən yaxşı futbolçusu “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana seçilib. İspaniyalı futbolçu “Keşlə”yə qarşı görüşü (2:2) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.

Qeyd edək ki, Dani Kintana XIV turun rəmzi komandasında da yer alıb.

Azvision.az


Teqlər: Futbol  





Xəbər lenti