Fazil Mustafa prezidentə müraciət etdi
AzVision.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sərəncamın imzalanmasına Azərbaycan xalqının ehtiyacı var idi:
“Ayrı- ayrı tarixi şəxsiyyətlərə sahib çıxmaq lazımdır ki, onlar it-bata düşməsin. Düşünürəm ki, M.Ə.Rəsulzadə ilə bağlı parlamentdə beynəlxalq elmi konfranslar keçirilməlidir, çünki onun Milli Məclisin fəaliyyətində misilsiz xidmətləri olub”.
Millət vəkili, həmçinin şeyxülislam Allahşükür Paşazadənin Təzə Pir məscidinin yerləşdiyi küçənin adının dəyişidirilməsi bağlı qərarın verilməsini də yüksək qiymətləndirib. Nuru paşanın xatirəsinin əbədiləşdirilməsini də istəyən Fazil Mustafa bildirib ki, həmin şəxsin Azərbaycan dövlətinin müstəqilliyi tarixində müstəsna xidmətləri olub”.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa Nuru paşanın adının əbədiləşdirilməsi üçün prezidentə müraciət edib.
Sevinc İltifatqızı