Opera və Balet Teatrında Yeni il tamaşaları
P.Çaykovskinin fantastik dərəcədə gözəl musiqisi, monumental maraqlı səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və zəngin edir. Beləliklə rus klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan "Şelkunçik" baleti Opera və Balet Teatrı kollektivinin öz çoxsaylı tamaşaçılarına və akademik sənəti dəyərləndirən insanlara özünəməxsus hədiyyəsi olacaq.
Tamaşalarda balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, həmçinin gənc solistlər Timur Oduşev, Yuliya Ferştandt, Faiq Qubadov, Leyla Narimanidze, Dinara Şirinova və b. çıxış edəcəklər.
Dekabrın 25-də keçiriləcək tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.
Dekabrın 29-da baş tutacaq tamaşanın dirijoru isə Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.
Azvision.az
Teqlər: Tamaşa