Azərbaycanlı idmançı yeni Avropa rekorduna imza atdı

Azərbaycanlı idmançı yeni Avropa rekorduna imza atdı
  10 Dekabr 2019    Oxunub:4723
İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Azvision.az xəbər verir ki, 15 yaşadək atletlərin mübarizəsində Nurlan Məmmədzadə (73 kq) birdən qaldırma hərəkətində 115 kiloqram nəticə ilə beşinci yeri tutub. N.Məmmədzadə təkanla qaldırmada daha yaxşı çıxış edib.

Atletimiz 145 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə atletimiz bu çəkini qaldırmaqla, eyni zamanda, çıxış etdiyi yaş qrupunda bu çəki dərəcəsində təkanla qaldırma üzrə yeni Avropa rekordu müəyyənləşdirib. N.Məmmədzadə toplam 260 kiloqram (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Qeyd edək ki, dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.

Azvision.az



Teqlər: Yarış   Avropa-Çempionatı  





Xəbər lenti