Millət vəkilindən hakimiyyətə əfv təklifi

Millət vəkilindən hakimiyyətə əfv təklifi
  17 Dekabr 2013    Oxunub:1084
“Yeni il ərəfəsində əfv və ya amnistiya aktı qəbul olunsun”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasınd deputat İqbal Ağazadə deyib.

Millət vəkilinə çıxışına “Şahdəniz 2” yatağının istismara verilməsi ilə başlayıb:

“Buna mən də bir azərbaycanlı kimi sevinirəm və uğurlar arzulayıram. Amma millət vəkillərinin də, ictimaiyyətin də diqqətinə bir məsələni çatdırmaq istəyirəm. Bu, ilk növbədə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlıdır. Təbii ki, bütün çabalar, bütün siyasət Azərbaycan üçündür. Amma təəssüflər olsun ki, ölkənin həm mərkəzində, həm də regionlarda bütün ölkə boyu siyasi məhbus katoqoriyasına aid olan insanların məhkəməsi gedir. Istər Şəkidə, istər Lənkənarda, istər Bakı, istərsə də Şirvanda hər gün beynəlxalq təşkilatların, həm də ölkə ictimaiyyətinin diqqətini cəlb edən məhkəmə proseslərində siyasi motivlər səsləndirilir. İstər İsmayıllı hadisələrinə görə həbs olunan İlqar Məmmədov, Tofiq Yaqublu və digər 17 şəxs, istər Qurban Məmmədovun, istərsə də dindarların həbsi. Bütün bunlar bizi ciddi şəkildə narahat edir. Dünən də Seçki Monitorinq mərkəzinin rəbhbəri Anar Məmmədli haqqında qeyri-qanuni kommersiya fəaliyyəti ilə məşğul olması barədə qondarma cinayət işi qaldırıldı. Niyə qondarma cinayət işi deyirəm? Və birbaşa ittiham edirəm? Çünki QHT-nin təyinatı və ümumiyyətlə fəaliyyət istiqaməti hər hansı bir ölkədən alınan qrant haqqında qanunu pozsa belə, o kommersiya fəaliyyəti kimi qiymətləndirlə bilməz. O ancaq daxil olunan vəsaitin qeyri-qanuni xərclənməsi hesab oluna bilər”.

Millət vəkili 31 mart Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə o cümlədən yeni il ərəfəsində əfv fərmanının verilməsini istəyib:

“Çox istərdim ki, Milli Məclis, elə cənab prezident ya əfv sərəncamı ya da amnistiya imzalasın. Ölkədə yeni ildə yeni bir mühit olsun. O cümədən cənab prezident İlham Əliyev mətbuat nümayəndələri ilə görüşdə də dedi ki, problemləri ölkə daxilində, masa arxasında müzakirə edək. Məncə bu istiqamətdə ilk addım insan hüquqları sahəsində olmalıdır”-deyə deputat vurğulayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti