Nobel Sülh Mükafatı Baş Nazirə verilib

Nobel Sülh Mükafatı Baş Nazirə verilib
  11 Dekabr 2019    Oxunub:3271
Xəbər verdiyimiz kimi, dekabrın 10-da Nobel mükafatlarının təqdim olunması mərasimləri keçirilib.
Azvision.az xəbər verir ki, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər 1896-cı ilin dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub.

Bu il sülh mükafatı Efiopiyanın Baş Naziri Abiy Ahmed Aliyə təqdim olunub. Baş Nazir Efiopiya və Eritreya arasındakı sərhəd münaqişəsinin həllində göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.



Qeyd edək ki, hər nominasiya üzrə pul mükafatının həcmi 9 milyon kron (təxminən 944 min ABŞ dolları) təşkil edir.

Azvision.az


Teqlər: Nobel   mükafat  





Xəbər lenti