Terrorçular hotelə hücum edib: 5 ölü, 11 yaralı

Terrorçular hotelə hücum edib:  5 ölü, 11 yaralı
  11 Dekabr 2019    Oxunub:2629
Somalinin paytaxtı Moqadişoda terrorçuların hotelə etdiyi hücum nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, "Əl-Şabab" terror təşkilatının bir qrup silahlı üzvü Prezident Sarayının yaxınlığında yerləşən "SYL" otelinə hücum edib. Hüquq mühafizə orqanları ilə terrorçular arasında baş vermiş atışmada ikisi polis əməkdaşı olmaqla beş nəfər ölüb. Ölənlərin üçü mülki şəxslərdir.

Azvision.az



Teqlər: Somali   Hotel   Terror  





Xəbər lenti