Hakan Şükürdən iqtidara “Güllü qol”

 Hakan Şükürdən iqtidara “Güllü qol”
  17 Dekabr 2013    Oxunub:1414
Fətullah Gülən Hakan Şükürü vəfalı adlandırdı.
Keçmiş futbolçu Hakan Şükür dünən Ədalət və İnkişaf Partiyasının qapısına elə bir top vurdu ki, buna deyərlər sağı göstərib solu vurmaq. Millət vəkilinin bu qolu Türkiyə gündəminə bomba kimi düşdü. Bütün qəzetlər bu haqda yazdı.

Millət vəkilləri, jurnalistlər, köşə yazarları sosial mediada bu istefa ilə bağlı fikirlərini bildiriblər. Hakan Şükürün istefası ilə bağlı yazılı açıqlamasında səbəb kimi dərsh anələrin bağlanmasını göstərib. Siyasətin onun üçün önəmli olmadığını deyən Şükür ölkədə təhsillə bağlı xeyli problemin olduğu bir vaxtda iqtidarın dərshanələri bağlamaq səylərini anlamsız adlandırıb. Hakan Şükürün istefası müxtəlif cür şərh olunur. Fətullah Gülənə yaxınlığı ilə tanınan millət vəkilinin dərshanələr məsələsində onun baxış bucağı ilə yol aldığını da söyləyirlər.

İndi isə gələk konkret bu istefa ilə bağlı fikirlərə. Xarici İşlər naziri Əhməd Davudoğlu bu istefa xəbərindən çox üzüldüyünü bildirib.
“Siyasətdə yol yoldaşlığı çox önəmlidir. Kaşki Hakan Şükür dərshanələrlə bağlı Nazirlər qurumunun toplantılarını yaxından izləsəydi. Hər kəs bu toplantıda fikirlərini söyləmişdi və bu ortaq alınan bir qərar idi. Belə bir imkan varkən Şükür bu addımı atmamlıydı. Fikirlərini söyləyib bizimlə mübahsə etməməliydi. Ona görə onun istefası məni çox üzdü”.

Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış isə bildirib ki, Baş nazir Rəcəb Tayyib Ərdoğan Hakan Şükürə çox önəm verirdi. Millət vəkilinin istefasına təəccüblənib.

“Hakanla danışmaq, bu məsələni müzakirə etmək istəyirəm . Partiyada çox adama göstərilməyən hüquq ona verilmişdi. Ona görə də bu istefaya bir anlam verə bilmirəm”.

Millət vəkili Mehmet Metiner isə daha kəskin danışıb. “Allah yolunu acıq etsin! Baş nazir ona çox yüksək dəyər vermişdi. Heç olmasa bu dəyərin xətirinə susaydı. Amma indi də istefasına bəhanələr axtarmasın, dürüst davransın. Bu cür açcıqlama ilə hökumət və camaat ( Fətullah Gülənin yolunu gedənlərə cəmaat deyilir) arasında fitnə yaratamasın”.
Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Ali Şahin isə bildirib ki, bir siyasi partiyaya üz olmusansa, o patiyadakı qaydaları da qəbul etməlisən.
“Yoxsa ürək bağınız olan bir sıra yerlərlə münasibət qursanız siyasətdə uğur əldə edə bilməzssiniz. Amma Hakanın istefasına da hörmətlə yanaşıram. Onu yenə də sevməyə davam edəcəyik. Bu onun öz seçimidir”.

Bu arada Fətullah Gülən rəsmi www.fgulen.com internet səhifəsində Hakan Şükürün İstefasını bu cür dəyərləndirib : “Millət vəkili Hakan Şükür xidmətə və hocaəfəndiyə vəfa hislərini ifadə ettiyi üçün partiyadan istefa verdi”.

Əslində Fətullah Gülənin bu açıqlaması Hakan Şükürün istefa səbəbinin qaynağını tam açıqlayır. Qeyd edək ki, hələ 1995-ci ildə Fətullah Gülən Hakan Şükürün toyunda onun nigah şahidi olmaqla xeyli səs küyə səbəb olmuşdu.

Və sonda Hakan Şükürün hocaəfəndi ilə bağlı açıqlamasından: “Mən iyirmi ildir ki, hocaəfəndini tanıyır və sevirəm. Bu millətə və insanlığa xidmət edən möhtərəm hocaəfəndiyə qarşı iftiraları mən üzərimə alıram. Məni tanıyan hər kəs, xüsusilə baş nazirimiz bilir ki, siyasi həyatım boyunca heç bir şəxsi istəyim olmayıb. Nə ailəm , nə yaxınlarım üçün heç bir tələbim olmayıb. Məqsədim sadəcə doğru bildiyim bir siyasi hərəkata yardım etmək idi. Amma artıq bu mümkün deyil. Eyni zamanda dost bildiyim insanlar nədənsə camaatı bitirmək istəyir. Bu da məni çox üzür”.
Hakan Şükür istefa qərarından sonra onu qaralama kampaniyasına başlayacaqlarını bildiyini də deyib. O bildirib ki, hətta idman həyatında da hocaəfəndiyə sevgisini bildirdiyi üçün dəfələrlə sorğuya çağrılıb. Hakan Şükür millətindən bu yolda ona dua etməyi xahiş edib.

Məhsəti Şərif , İstanbul



Teqlər:  





Xəbər lenti