Nur-Sultanda Suriya üzrə növbəti görüş keçirilir

Nur-Sultanda Suriya üzrə növbəti görüş keçirilir
  11 Dekabr 2019    Oxunub:1897
Rusiya, İran və Türkiyə nümayəndələri Qazaxıstanın paytaxtı Nur-Sultanda Suriya ilə bağlı yüksək səviyyədə üçtərəfli məsləhətləşmələr aparırlar.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Hazırda üçtərəfli görüş davam edir", 0 deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, Türkiyə nümayəndə heyəti daha əvvəl Suriyanın silahlı müxalifətinin nümayəndələri ilə görüşüb. Söhbət Suriyanın şimal-şərqindəki, eləcə də İdlib de-eskalasiya zonasındakı vəziyyətdən gedir.

Xatırladaq ki, dekabrın 10-11-də Nur-Sultanda Suriya ilə bağlı yüksək səviyyəli görüş keçirilir. Rusiya nümayəndə heyətinə ölkə Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev rəhbərlik edir. Görüşlər bitdikdən sonra tərəflər plenar iclasda müzakirələr aparıb, danışıqları yekunlaşdıracaqlar.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Suriya   Qazaxıstan   Nur-Sultan  





Xəbər lenti