Xanım deputatın mandatı ləğv edildi

Xanım deputatın mandatı ləğv edildi
  11 Dekabr 2019    Oxunub:2284
Gürcüstan parlamenti Xarici əlaqələr komitəsinin keçmiş sədri Sofo Katsaravanın müraciətini nəzərə alaraq onun mandatına xitam verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında məlumat yerləşdirilib.

Katsarava hakim "Gürcü Arzusu" partiyasının seçki siyahısından parlamentə seçilib. O, bu il parlament çoxluğunu tərk edən 17 deputatdan biridir. Katsarava bir çox həmkarı kimi noyabrın 14-də proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinin uğursuzluğundan sonra mandatından imtina edib.

Onun partiya siyahısında parlamentə getməsi səbəbindən aralıq seçkilərinin keçirilməsinə ehtiyac qalmayacaq. Sabiq deputatı 2016-cı ildə "Gürcü Arzusu" siyahısında parlamentə keçə bilməyənlərdən birini əvəz edəcək.



Xatırladaq ki, bu ilin yayında Gürcüstan hakimiyyəti Tbilisidə etirazçıların təzyiqi altında proporsional seçki sisteminə keçməyə söz vermişdi. Lakin əksər deputatların gözlənilməz etirazı səbəbindən düzəlişlər qəbul edilməyib.

Müxalifət və vətəndaş fəalları hakimiyyəti onları aldatmaqda ittiham edərək, etiraz aksiyalarına başlayıblar. Eyni zamanda hakim partiyadan 12 deputat buna etiraz olaraq istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Deputat   Parlament  





Xəbər lenti