Evini satışa çıxaran Xalq artisti: “Anam bizi tanımır”

   Evini satışa çıxaran Xalq artisti:    “Anam bizi tanımır”
  11 Dekabr 2019    Oxunub:18914
“Anam xəstədir, yaddaşını itirib. Buna görə də Şəkidəki evimi satıb, onu öz yanıma gətirəcəyəm”

Bunu Azvision.az -a Xalq artisti, tanınmış xanəndə Könül Xasıyeva bildirib. Evini satması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirən K.Xasıyeva bunu anasının xəstə olması ilə əlaqələndirib.
“Bakıdakı əsas yaşayış yerimi satmıram. Belə fikrim yoxdur. Anam Şəkidə tək yaşayır, atam da yoxdur. 15 gündən bir növbə ilə anamın yanında qalırıq. Gedib-gəlmək bizim üçün çox çətindir. Anam yaddaşını itirib. Heç birimizi tanımır. Artıq 81 yaşı var. Buna görə də istəyirəm ki, anamı Bakıya gətirəm, bizimlə qalsın, onun müalicələri ilə özüm məşğul olum. Belə olan halda Şəkidəki evim boş qalacaq. Boş qalan ev də tez sıradan çıxır. Birmərtəbəli rayon evidir. Orada heç kim olmur. Anamı gətirəndən sonra əlaqələr kəsiləcək. Bu baxımdam evi satmaq qərarına gəlmişəm. Qiymət məsələsində alıcı ilə razılığa gələ bilərik. Amma hələlik müştəri yoxdur”.

Xanəndə bildirib ki, ailə üzvlərinin səhhətindəki problemlə əlaqədar borclarını ödəyə bilmir: “20 min manat borcum var. Bu borc yaxşı qeyrətli bacının, qardaşın ixtiyarına qalıb. İndi başım anamın xəstəliyinə qarışıb. Borclarımı ödəmək gücündə deyiləm. Növbəti konsertimə hələki hazırlıq getmir. Bircə cansağlığı olsun. Namiq Qaraçuxurlu ilə duet oxumağı düşünürəm. Onunla verilişlərin birində mahnı oxuduq. Hər ikimiz bəyəndik. Bundan sonra qərara gəldik ki, duet oxuyaq. Ancaq dediyim kimi, ailə üzvlərimin səhhətini qaydasına qoyduqdan sonra yaradıcılıqla məşğul ola biləcəyəm. İndi fikrim anamın səhhəti, atamın qarşıdan gələn il mərasiminə yönəlib”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Könül-Xasıyeva  





Xəbər lenti