Qazaxıstan səfiri Naxçıvana səfər edib

Qazaxıstan səfiri Naxçıvana səfər edib
  11 Dekabr 2019    Oxunub:2961
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasına səfər edib.
Bu barədə Azvision.az -a Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirlib ki, diplomat Heydər Əliyev Muzeyində olub, bir sıra iqtisadi və turizm müəssisələrini ziyarət edib, o cümlədən Naxçıvan Biznes Mərkəzinə baş çəkib.

S.Abdıkarimov Naxçıvan MR-nın vəzifəli şəxsləri ilə görüşüb, əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Qazaxıstan   Səfir   Naxçıvan  





Xəbər lenti