NATO-nun hərbi bazası yaxınlığında partlayış - Ölən və xeyli yaralı var

NATO-nun hərbi bazası yaxınlığında partlayış  -  Ölən və xeyli yaralı var
  11 Dekabr 2019    Oxunub:2242
Əfqanıstanın Baqram rayonunda NATO hərbi bazası yaxınlığında bomba qoyulmuş avtomobilin partlaması nəticəsində azı bir nəfər ölüb.
Azvision.az “TOLO News”a istinadən xəbər verir ki, hadisə nəticəsində 62 nəfər xəsarət alıb. Bundan əvvəl isə 50 nəfərin yaralandığı bildirilirdi.

Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti xəsarət alanlar arasında NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında iştirak edən 5 gürcü sülhməramlının olduğunu açıqlayıb. Onların sağlamlıq durumları stabil olaraq qiymətləndirilir.

Hücum edənlərin hədəfi alyansın karvanı deyil, Baqram hava bazası yaxınlığında yerləşən tibb müəssisəsi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NATO   Partlayış  





Xəbər lenti