Məhkəmə və polis işçilərinə xüsusi güzəştlər verildi
AzVision.az-ın məlumatına görə, qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər verilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.
Bundan başqa, dəyişikliklərdən sonra artıq qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək. Belə ki, maddədəki müvafiq bəndlərdən tələb olunan sənədlər siyahısından "notariat qaydasında təsdiq edilmiş" sözləri çıxarılıb.
Sevinc İltifatqızı
Teqlər: