Bak-Amsterdam aviareysi açıla bilər - Danışıqlar aparılır

  11 Dekabr 2019    Oxunub : 1422
 Bak-Amsterdam aviareysi açıla bilər - Danışıqlar aparılır
Azərbaycanla Niderland arasında birbaşa aviareysinin açılması barədə danışıqlar aparılır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Diplomat Magazine” nəşrinə müsahibəsində deyib.

Bakı-Amsterdam birbaşa hava reysinin açılması üzrə danışıqlar aparılır. Azərbaycanın viza sistemini sadələşdirilməsi, bir neçə saata viza əldə etmək imkanı hollandiyalılar tərəfindən yüksək qiymətləndirilir. 2016-cı ildən etibarən Maastrixtlə Bakı arasında birbaşa yük reysləri həyata keçirilir”, - deyə Məmədyarov vurğulayıb.

Nazir bildirib ki, Azərbaycan Niderlandı həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə yaxın müttəfiq, etibarlı tərəfdaş hesab edir: “Münasibətlərimiz ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və mövcud əməkdaşlıq üzərində qurulur. Əməkdaşlığımız əsasən ticarət, logistika, kənd təsərrüfatı, təhsil, turizm və s. sahələri əhatə edir.

2018-ci ildə Niderlandla Azərbaycan arasında xarici ticarət dövriyyəsi 181,83 milyon dollar təşkil edib ki, bunun da 77.9 milyon dolları Azərbaycan məhsullarının Niderlanda ixracı, 103.8 milyon dollar Niderland məhsullarının Azərbaycana idxalı olub.

Niderland Azərbaycanın qeyri-neft sektorunun əsas investorlarından biri olmaqda davam edir. Bu ölkənin şirkətləri logistika, nəqliyyat, ətraf mühitin qorunması və kənd təsərrüfatı kimi sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Uğurlu layihələr sırasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dizaynı, Abşeron yarımadasında ətraf mühitlə bağlı layihə, Niderlandın kənd təsərrüfatında təcrübəsi əsasında ferma inşası və s. qeyd etmək olar”.

XİN rəhbəri tərəflərin əməkdaşlığı genişləndirmək potensialı olduğunu qeyd edib: "Növbəti illərdə əsas diqqət müəssisələr arasında işgüzar əməkdaşlığı stimullaşdırmaq, dövriyyəni artırmaq və iqtisadi layihələrin uğurlu icrası ilə ikitərəfli münasibətlərdə nəzərəçarpan nəticələrin əldə edilməsinə yönəldiləcəkdir. Beləliklə, Aİ-nin qurucu ölkələrindən biri kimi Niderlandla qarşılıqlı faydalı əməkdaşlığın inkişafı Azərbaycanın balanslı xarici siyasət paradiqmasına tam uyğundur".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Məmmədyarov