“Masters” turnirində cüdoçularımızın rəqibləri bilindi

“Masters” turnirində cüdoçularımızın rəqibləri bilindi
  11 Dekabr 2019    Oxunub:2194
Dekabrın 12-14-də Çinin Tsindao şəhərində keçiriləcək cüdo üzrə “Masters” turnirində Azərbaycan idmançılarının rəqibləri müəyyənləşib.
Azvision.az xəbər verir ki, Orxan Səfərov Georgi Zantaraya (Ukrayna), Nicat Şıxəlizadə (hər ikisi 66 kq) Boqdan Yadov (Ukrayna)- Dianbin Ma (Çin) cütünün qalibi, Rüstəm Orucov Xikmatilox Turayev (Özbəkistan)- Guillaume Çaine (Fransa) cütünün qalibi, Hidayət Heydərov (hər ikisi 73 kq) Daga Qıng (Çin), Məmmədəli Mehdiyev (90 kq) Aleksandr Kukolj (Serbiya), Elmar Qasımov (100 kq) Petr Palçik (İsrail), Zelim Kotsoyev (hər ikisi 100 kq) Arman Adamyan (Rusiya), Uşangi Kokauri (100 kq-dan yuxarı) Ruslan Şahbazovla (Rusiya) mübarizə aparacaqlar.

Qadın cüdoçularımız Leyla Əliyeva Çen-Xao Liin (Tayvan), Aişə Qurbanlı (hər ikisi 48 kq) Melani Klemen (Fransa), İrina Kindzerska (78 kq-dan yuxarı) Anna-Fatumata Mbairo (Fransa) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, turnirdə 67 ölkədən 400-dən çox idmançı gücünü sınayacaq.

Azvision.az



Teqlər: Cüdo   Yarış  





Xəbər lenti