Kəmaləddin Heydərov işçilərinə ev payladı - FOTOLAR

Kəmaləddin Heydərov işçilərinə ev payladı - FOTOLAR
  17 Dekabr 2013    Oxunub:1498
Fövqəladə Hallar Nazirliyi əməkdaşları üçün yeni inşa edilmiş binaları istifadəyə verib.

AzVision.az qurumun saytına istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu Səngəçal qəsəbəsində inşa olunan, hər biri 2 bloklu, 80 mənzilli, 5 mərtəbəli 2 yaşayış binasında Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Aviasiya Dəstəsinin zabit və gizir heyəti, müddətdən artıq hərbi qulluqçuları xidməti mənzillərlə təmin olunublar. Binaya su, qaz, işıq xəttləri çəkilib, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Müasir standarlara cavab verən təmirli mənzillər bütün lazımi avadanlıqlarla, mebel dəstləri ilə təchiz olunub.

Binanın həyətində sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada 100 kubmetrlik su tutumu olan 2 ədəd su çəni inşa olunub, yarımstansiya quraşdırılıb, yol çəkilib, ərazi hasara alınıb. Yeni mənzillərin açarlarını hərbçilərə təqdim edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenant Faiq Tağızadə mənzillərdə yaradılan şəraitlə tanış olub.

Nazirlik əməkdaşlarının sosial şəraitinin yaxşılaşdırılmsı istiqamətində işlər davam etdirilir.

Qalereya




Teqlər:  





Xəbər lenti