Çempionlar Liqasında “pley-off”a yüksələn komandalar

Çempionlar Liqasında “pley-off”a yüksələn komandalar
  12 Dekabr 2019    Oxunub:2975
UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Azvision.az xəbər verir ki, VI turun son oyun günündə keçirilən qarşılaşmalarla "pley-off"a çıxan bütün komandaların adları məlum olub.

Bunlar İspaniyanın "Real Madrid", "Atletiko", "Barselona" və "Valensiya", İngiltərənin "Tottenhem", "Mançester Siti", "Liverpul" və "Çelsi", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Leyptsiq", İtaliyanın "Atalanta", "Yuventus" və "Napoli", Fransanın PSJ və "Lion" komandalarıdır.

Almaniyanın "Bayer" və "Zaltsburq", İtaliyanın "İnter", Portuqaliyanın "Benfika", Hollandiyanın "Ayaks", Belçikanın "Brügge", Yunanıstanın "Olimpiakos" və Ukraynanın "Şaxtyor" komandaları qrup 3-sü kimi mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   ÇL  





Xəbər lenti