Putin Zelenskinin çəkildiyi seriala baxmayıb - Efir yayımı dayandırıldı

Putin Zelenskinin çəkildiyi seriala baxmayıb -  Efir yayımı dayandırıldı
  12 Dekabr 2019    Oxunub:2797
Rusiyanın TNT kanalı baş rolda Ukrayna Prezidenti Vladimir Zelenskinin çəkildiyi "Xalqın xidmətçisi" serialını efirdən yığışdırıb.

Azvision.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti məlumat yayıb. TNT nümayəndəsi kanalın serialı tam olaraq göstərməyi planlaşdırmadığını bildirib. Serialın ilk üç epizodu 11 dekabr tarixində Rusiya televiziyasında nümayiş olunub.
Məsələ ilə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Vladimir Putin “Xalqın xidmətçisi” serialını izləməyib və bunu etməyi planlaşdırmır. Çünki onun seriala baxmağa vaxtı yoxdur.

Qeyd edək ki, serialın yayım hüququ “Kvartal 95” studiyasının distribyutoru olan İsveçin “Eccho Rights” şirkətindən alınıb. Bu arada “Avropa həmrəyliyi” Partiyasından olan millət vəkilləri nə vaxt və hansı məbləğə serialın TNT kanalına satıldığı ilə maraqlanıblar.

Deputat Aleksiy Qonçarenko Zelenskiyə bu məsələlərə aydınlıq gətirməsi üçün sorğu göndərib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Putin   Zelenski  





Xəbər lenti