AzTU-da Heydər Əliyevin xatirəsi anılıb
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi İradə Hüseynova bildirib ki, məhz onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulub. O, Azərbaycanın bugünkü zəngin elmi, siyasi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin apardığı milli quruculuq işlərinin dayandığını vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin təhsil sahəsində apardığı islahatların əsas məqsədi dünya təhsil sisteminin standartlarına uyğun kadr hazırlığına nail olmaq idi. İradə Hüseynova Ümummilli liderin hakimiyyətdə olduğu illərdə Azərbaycanda bütün sahələrdə əldə olunan uğurlar barədə geniş məlumat verib.
AzTU-nun “Xüsusi texnika və texnologiya” fakültəsinin tələbəsi Amin Məmmədov öz çıxışında gənclərin Ulu Öndərin ideyalarına sadiq olduqlarını bəyan edib.
Teqlər: