Bu rayonlar üzrə pensiya alan şəxslərin nəzərinə!
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər;
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxslər, o cümlədən
- Dövlət qulluqçuları;
- Xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə və vergi orqanlarının işçiləri və s.);
- Milli Məclisin deputatları;
- MSK-nın və Hesablama Palatasının üzvləri;
- Ədliyyə orqanlarının mülki işləri;
- Məhkəmə hakimləri;
- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.
Yuxarıda qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən pensiya alan şəxslər və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti - 43
Əlaqə nömrəsi: (012) 563-55-46.
Azvision.az