Bakı-Məşhəd birbaşa uçuşları başlayır
“İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişafı üçün Məşhəd – Bakı istiqamətində birbaşa uçuşlar təşkil edir. Bu planın icraçısı “Bakustar” şirkətidir. Şirkət bu gündən etibarən Azərbaycanın bütün sərnişinlərinə öz xidmətlərini təklif edir”, - deyə səfirliyin məlumatında bildirilib.
Qeyd edək ki, uçuşlar həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək.
Pərvanə Sultanova
Azvision.az