“Şimal axını - 2”yə qarşı sanksiyaların tətbiqi təsdiqləndi

  12 Dekabr 2019    Oxunub : 1079
“Şimal axını - 2”yə qarşı sanksiyaların tətbiqi təsdiqləndi
ABŞ Konqresinin Nümayəndələr Palatası “Şimal axını - 2” qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı sanksiyalar barədə müddəaları daxil etməklə 2020-ci il üçün müdafiə büdcəsi haqqında qanunu təsdiqləyib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul edilib. Aşağı palatada müdafiə büdcəsini 435 konqresmendən 337-si dəstəkləyib, 48 nəfər əleyhinə (41 demokrat, 6 respublikaçı və bir müstəqil konqresmen daxil olmaqla) çıxıb.

Nümayəndələr Palatasının qərarı ilkin müdafiə büdcəsi layihəsinə dəyişiklikləri təsdiqləyir, bunlardan biri "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinin çəkilməsində iştirak edən şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsidir.

Təsdiq edilmiş sənədə əsasən, əgər boru kəməri layihələrinin adları dəyişdirilsə və başqaları ilə əvəz olunsa, sanksiyaların tətbiqi yenə qüvvədə olacaq.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: ABŞ   Sanksiya