Gürcüstan parlamentində qorxulu hadisə - Deputatların halı pisləşdi

Gürcüstan parlamentində qorxulu hadisə - Deputatların halı pisləşdi
  12 Dekabr 2019    Oxunub:8049
Gürcüstan parlamentinin deputatları təcili olaraq iclas zalını tərk ediblər. Buna səbəb müxalifətçi deputatların zala kəskin qoxulu maye tökməsi olub.

Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının nümayəndəsi Nukri Kantariya jurnalistlərə bildirib. Onun sözlərinə görə, bunu Vahid Milli Hərəkatın deputatları ediblər.
Parlament sədrinin müavini Mamuka Mdinaradze isə hesab edir ki, mayeni zala "Avropa Gürcüstan - Azadlıq Hərəkatı" partiyasını təmsil edən İrma Nadiraşvili və Lela Keburiya töküb.

"Bunu oyun və ya tamaşa adlandırmaq olmaz. Bu, elementar zəif düşünülmüş destruksiyadır. Mən ilkin versiyanı səsləndirə bilərəm. Bunlar "Avropa Gürcüstanı"nın iki qadın üzvləridir. Hər şey kameralarda görünür və hər şey aydınlaşacaq. Əminəm ki, onlar cinayətə getməzlər, amma hamını təxliyə etmək qərarına gəldik", - deyə Mdinaradze vurğulayıb.

Hadisə nəticəsində bəzi deputatların halı pisləşib. Millət vəkili Gia Qaçeçiladze hadisəni terror aktı adlandırıb.

Parlament sədri Arçil Talakvadze hazırda baş verənlərin təfərrüatlarının araşdırıldığını deyib. Hadisə yerinə Daxili İşlər Nazirliyinin nümayəndələri gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Deputat   Parlament  





Xəbər lenti