Rusiyadan Qarabağ vədi: “Əlimizdən gələni edəcəyik”

 Rusiyadan Qarabağ vədi:  “Əlimizdən gələni edəcəyik”
  12 Dekabr 2019    Oxunub:10128
Rusiya vasitəçi dövlət olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında lazım olan hər cür dəstəyi bundan sonra da göstərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova bildirib ki, Moskva dialoqun konstruktiv şəkildə davam etdirilməsi üçün əlindən gələni edəcək: “Rusiya beynəlxalq vasitəçilik funksiyasını yerinə yetirən ölkə olaraq, uzun müddətdir davam edən münaqişənin həlli naminə gələcək dialoqun davam etdirilməsində əlindən gələni edəcək”.

XİN rəsmisi əlavə edib ki, münaqişənin həlli ilə bağlı mövqelərin fərqliliyi aydın məsələdir. Əks təqdirdə danışıqlar prosesi olmazdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Qarabağ   Zaxarova  





Xəbər lenti