İndoneziyada 44 min il yaşı olan rəsm tapılıb

İndoneziyada 44 min il yaşı olan rəsm tapılıb
  12 Dekabr 2019    Oxunub:1932
Arxeoloqlar İndoneziyanın Sulavesi adasındakı mağarada, təxminən 44 min il yaşı olan divar rəsmi aşkar ediblər.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, divar rəsminin üzəridə vəhşi donuz və camış şəkilləri var.

4.5 metr uzunluğunda olan rəsmin bir hissəsində isə heyvanların yanında insanlara bənzər kiçik rəsm formaları mövcuddur.

Mağarada, təxminən 20 min il əvvəl insan fiqurlarını əks etdirən minlərlə rəsmlər də qorunub saxlanılıb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: İndoneziya  





Xəbər lenti