“Heç kim bizi diz çökdürə bilməz” - Ərdoğan

  17 Dekabr 2013    Oxunub : 415
“Heç kim bizi diz çökdürə bilməz” - Ərdoğan
"Haqq-ədalət uğrunda mübarizədən əl çəkməyəcəyik. İstədikləri qədər çirkin əməllərə baş vursunlar. Türkiyədə söz millətindir, qərar millətindir, səlahiyyət millətindir" .
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Konya şəhərində əhali qarşısında çıxışı zamanı deyib.

Ərdoğan vurğulayıb ki, heç bir təhdidə boyun əyməyəcəyik:

"Siz arxamızda olduğunuz müddətdə geri çəkilmərik. Arxasında qruplaşmalar olan qüvvələr bu millətə istiqamət verə bilməz. Türkiyə, üzərində əməliyyat aparılacaq ölkə deyil. Kimin nə hesabı varsa, özlərinə güvənləri varsa, buyurub gəlib martın 30-da seçkilərdə iştirak etsin".

Baş nazir qeyd edib ki, Türkiyə Cümhuriyyətdir, banan ölkəsi deyil:

"Daxildən və xaricdən heç kim mənim ölkəmdə çaxnaşma yarada bilməz. Terror bu millətə diz çökdürə bilməyib, bilməyəcək də".

Xatırladaq ki, son günlər Ədalət və İnkişaf Partiyası (AKP) ilə “Fətullah Gülən camaatı” adlandırılan nurçular arasında münasibətlər gərginləşib.
İstanbul Prokurorluğunun rüşvətlə bağlı keçirdiyi əməliyyat nəticəsinsdə 18 nəfər saxlanılıb.

Mirvari

Teqlər: