Türkiyədə “məşhur ovu”nun pərdəarxası – son XƏBƏR

Türkiyədə “məşhur ovu”nun pərdəarxası – son XƏBƏR
  17 Dekabr 2013    Oxunub:1275
Bu səhər Türkiyə Baş Prokurorluğunun keçirdiyi əməliyyatla həbs olunan 37 nəfər içində artıq məlumat verildiyi kimi çox tanınmış şəxslər var. İş admı Ali Ağaoğlu, Xalq Bankının müdir müavini Süleyman Aslan, azərbaycanlı iş adamı Rza Zərrab, Xarici Ticarət naziri Zafər Çağlayanın oğlu Salih Kaan Çaglayan, Türkiyə Ətraf və şəhər naziri Erdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar, daxili işlər nazirinin oğlu Barış Gülər və Fatih Bələdiyyə sədri Mustafa Dəmir həbs olunan şəxslər içindədir. Anadolu agentliyinin məlumatına görə, təxminən iki il əməliyyatın aparılması üçün araşdırmalar gedib.

Qızıl qaçaqmalı, vəzifəli və digər dövlət məmurlarına rüşvət verməkdə və çirki pul dövriyyəsində ittiham olunan bu şəxslər səhər saatlarında dindirilmək üçün İstanbul baş prokurorluğuna gətirilib. Araşdırmanı narkotika və qaçaq prokuroru Cəlal Kara aparır. Baş polis idarəsinin rəsmi məlumatına görə, əməliyyat ötürülən bir xəbər əsasında aparılıb.
Verilən məlumata görə, azərbaycanlı iş adamı, müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab nazir oğlanlarına rüşvət verdiyinə görə saxlanılıb. Onu səhər polis Kanlıca deyilən ərazidəki vilasından aparıb. Ondan sonra isə Zərrabın evində araşdırma aparılaraq əşyavi dəlilləri prokurorluğa aparıblar. Məlumata əsasən, əşyalarn içində Rza Zərraba aid 27 kilo qızıl da olub. Eyni zamanda 3 nazirin oğlu da məhz ayrı-ayrı şəxslərdən rüşvət aldıqlarına görə göz altına alınıb.

Qeyd edək kİ, nazir oğullarına rüşvət verən insanlar içində Türkiyənin böyük şirkətləri var. Bu səhər polis nazir oğlu Salih Kaan Çağlayanın evində axtarış aparıb və müəyyən dəlillər əldə edib. Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar isə nazirliyin işçilərindən istifadə edərək müəyyən sənədləri imzalatdığı, rəsmi olaraq tikintisinə icazə verilməyən əraziləri nazirliyin üzərindən qeyri- qanuni olaraq inşata verməkdə ittiham olunur.

İlkin məlumatlara görə, bu saatlarda Fatih Bələdiyyəsi polislərin nəzarətindədir və bələdiyyə binası tamamilə boşaldılıb, araşdırmalar aparılır. Bələdiyyə başçısı isə səhər saatlarında iş otağından prokurorluğa aprılıb. Oğlanları həbs olunan nazirlər isə bu məlumatı əməliyyatdan sonra canlı yayıma çıxan jurnalistlərdən alıb. Əməliyyatla bağlı hazırda baş prokurorluqda saxlananlar dindirilir. Amma müxalifət partiyaları gündəmə bomba kimi düşən bu xəbərlə bağlı artıq toplantı çağırıb. CHP-nin toplatısında bildirilib ki, oğlanlarının evlərindən külçə-külçə qızıl çixan nazirlər istefa verməlidir. CHP-nin açıqlamasında bildirilir:

“Baş nazir bu işin dadını qaçırdı. Həm o, həmdə nazirləri istefa verməlidir”. Hələki iqtidar rəsmiləri saxlanılanların ifadəsini gözləyir. Oğlanları həbs olunan nazirlər isə bu gün Ankarada baş tutacaq rəsmi toplantıya qatılmadan İstanbula gəliblər. Axşam saatlarında baş prokurorluğun geniş açıqlaması gözlənilir.

Məhsəti Şərif, İstanbul


Teqlər:





Xəbər lenti