Türkiyəli məşhur müğənni Bakıda xeyriyyə konserti verib - FOTOLAR
bir müddət öncə məşhur rok ifaçısı Halük Levent şəxsi “Tvitter” hesabında bildirib ki, təsisçisi olduğu “Ahbap” xeyriyyə cəmiyyətinə limfoma xərçəngindən əziyyət çəkən 22 yaşlı azərbaycanlı Sura Nadirova müraciət edib. Qeyd etdiyimiz tvitdə ifaçı Azərbaycanın paytaxtı Bakıda Suraya dəstək məqsədilə xeyriyyə konserti keçirməyə hazır olduğunu vurğulayıb və qardaş ölkəni birliyə səsləyib.
Bakı türkiyəli ifaçının təşəbbüsünə səssiz qalmadı. “iTicket.az” və “Nargis” Fondunun təşkilatı, “A+A events”, “Hilton Baku Hotel”, “Elektra Events Hall” dəstəyi ilə “Elektar Events Hall”da Halük Leventin Sura üçün möhtəşəm konserti baş tutdu. H.Levent konsertdən bir qədər əvvəl təşkil olunmuş mətbuat konfransında media nümayəndələrinə bildirib ki, bu təşəbbüs həm bir həftə sonra ilik nəqli köçürülməsi əməliyyatına ehtiyacı olan Suraya dəstək, həm də iki qardaş milləti bir araya gətirmək, iki ölkənin digər sənətçilərini də bu cür iri miqyaslı xeyriyyə tədbirlərinə qoşulmağa səsləmək məqsədini daşıyır.
Qeyd edək ki, bilet satışından əldə olunan gəlir 41400 AZN təşkil edib.
Azvision.az
Teqlər: HalükLevent Konsert