Azərbaycanda keçiriləcək seçkilər AŞPA-nın gündəliyinə salındı

Azərbaycanda keçiriləcək seçkilər AŞPA-nın gündəliyinə salındı
  13 Dekabr 2019    Oxunub:3033
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilkin gündəliyinə daxil edilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Tvitter” hesabında yazıb.

"Gündəlik təsdiqləndi və müzakirələrə start verildi", - deyə S.Seyidov bildirib.



Xatırladaq ki, sessiya 2020-ci ilin 27-31 yanvar tarixlərində keçirləcək. Dekabrın 9-dan 13-dək isə Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq komitələrinin iclasları keçirilir.

Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edirlər.

İclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Azərbaycanda keçiriləcək parlament seçkiləri, Avropa Şurasının hüdudlarının dəqiqləşdirilməsi və gücləndirilməsi, İş yerlərində dini azadlığın qorunması, Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzular diqqətdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səməd-Seyidov  





Xəbər lenti