AŞPA Azərbaycana müşahidə missiyası göndərəcək

 AŞPA Azərbaycana müşahidə missiyası göndərəcək
  13 Dekabr 2019    Oxunub:3021
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro iclasında Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün müşahidə missiyasının göndərilməsi yekdilliklə təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Tvitter” hesabında yazıb. Onun sözlərinə görə, qrup AŞPA-nın 30 üzvündən ibarət olacaq.

Xatırladaq ki, bu gün Fransanın paytaxtı Parisdə AŞPA Bürosunun iclası keçirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AŞPA   Seçki  





Xəbər lenti