Türkiyə səfirindən Senatın “soyqırım” qərarına münasibət: “Bu, siyasi şoudur”

Türkiyə səfirindən Senatın “soyqırım” qərarına münasibət:  “Bu, siyasi şoudur”
  14 Dekabr 2019    Oxunub:6334
“Türkiyə hər zaman bəyan edib ki, tarixi hadisələrə qiymət vermək parlamentlərin səlahiyyətində və həddində deyil”
Bunu Azvision.az -a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.

Səfərin sözlərinə görə, bu qərar sadəcə tarixin təhrifi və siyasi məqsədlər üçündür. Türkiyə XİN-in bəyanatını xatırladan diplomat ABŞ Senatının qətnaməsini siyasi şou adlandırıb: “Bunu başqa cür qiymətləndirmək mümkün deyil”.

Senatın qərarının Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcəyinə gəlincə, E.Özoral bildirib ki, bunun mütləq nəticələri olacaq: “Amerika səlahiyyətlilərinin hansı addımı atacağından asılı olaraq, qətnamə layihəsinin münasibətlərə təsiri bəlli olacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Soyqırım   Senat  





Xəbər lenti