Xanım idmançımız Dünya Kubokunun qalibi oldu

Xanım idmançımız Dünya Kubokunun qalibi oldu
  14 Dekabr 2019    Oxunub:4890
Fövqəladə Hallar Nazirliyinin xanım əməkdaşı Dünya Kubokunun qalibi olub.
Azvision.az xəbər verir ki, 5-8 dekabr 2019-cu il tarixlərində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gülnarə Əliyeva Karate idman növü üzrə Azərbaycanda keçirilən Dünya Kubokunda 55 kq çəki dərəcəsində qələbə qazanaraq 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, Gülnarə Əliyeva Azərbaycan çempionu, 3 qat Avropa, 1 qat Dünya çempionu, beynəlxalq turnirləin qalibi və fəxri idman ustasıdır.

Azvision.az


Teqlər: FHN   Əməkdaş   Çempion  





Xəbər lenti