Bu il 75 KİV əməkdaşı öldürülüb

   Bu il 75 KİV əməkdaşı öldürülüb
  14 Dekabr 2019    Oxunub:1832
Bu il dünyanın 26 ölkəsində öldürülən KİV əməkdaşlarının sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Press Emblem Campaign" qeyri-hökumət təşkilatı məlumat yayıb. Bildirilib ki, cari ildə 75 KİV nümayəndəsi qətlə yetirilib.

Belə ki, 2019-cu ildə ən çox jurnalist Meksikada (13 nəfər) öldürülüb. Sonrakı yerlərdə Əfqanıstan (8 jurnalist) və Pakistan (8 nəfər) qərarlaşıb.

Bundan əlavə, Suriya (6 nəfər), Honduras (5 nəfər) və Filippin (4 nəfər) ən çox jurnalistlərə qəsd edilən ölkələr sırasında yer alıb.

Azvision.az


Teqlər: KİV   Qətl  





Xəbər lenti