Erməni deputat “soyqırım” qətnaməsinə qarşı çıxdı

Erməni deputat “soyqırım” qətnaməsinə qarşı çıxdı
  14 Dekabr 2019    Oxunub:4995
Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan erməni əsilli deputatı Markar Yesayan ABŞ Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnamənin əleyhinə çıxış edib.
Azvision.az xəbər verir ki, deputat bu sənədin Ermənistan-Türkiyə dialoquna mane olduğunu deyib.

Onun sözlərinə görə, on illərdir “soyqırım”la əlaqəli qəbul edilməyən qətnamə Türkiyəni Rusiyadan S-400 komplekslərini almasına və Suriyadakı əməliyyata görə cəzalandırmaq üçün təsdiqlənib.

“Bunun tarixə və reallığa heç bir aidiyyəti yoxdur. Atılan addım yalnız dialoqa mane olur. Və yəqin ki, bu, elə arzuolunandır. Beləliklə, vampirlər üçün ziyafətə çevriləcək yara həmişə qanayacaq”, - deyə Yesayan öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, dekabrın 12-də ABŞ Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə yekdilliklə qəbul edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Soyqırım   Senat   Türkiyə  





Xəbər lenti