Üç karateçimiz İtaliyada medal qazandı

Üç karateçimiz İtaliyada medal qazandı
  14 Dekabr 2019    Oxunub:2595
Azərbaycan karateçiləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate 1 Premyer Liqa turnirinin ilk günündə 3 medal qazanıblar.
Azvision.az xəbər verir ki, dekabrın 15-dək davam edəcək yarışda 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) və Ramil Baxşəliyev (55 kq) turnirin gümüş medal əldə ediblər. 61 kq çəkidə bürünc medal görüşündə isə Əminağa Quliyev komanda yoldaşı Hüseyn Məmmədliyə qalib gəlib.



Tale Yaqubov və Turan Rzazadə (hər iksi 68 kq) 1/4 finalda, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə və Fərid Ağayev (76 kq), həmçinin Ayla Rzazadə (59 kq), Humay Həsənli (+59 kq), eləcə də Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər iksi kata) isə daha əvvəlki mərhələlərdə məğlub olublar.

Qarşıda 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (52 kq), Nicat Kərimli və Fərid Savadov (57 kq), Azər Tapdıqlı və Rumil Cəfərli (63 kq), Arina Bezrebra və Hüseyn Nəsirli (kata) mükafatlar uğrunda mübarizə aparacaqlar.

Dünya Karate Federasiyasının (WKF) 2019-cu il mövsümündə son rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.

Azvision.az


Teqlər: Karate   Qalib   Medal   İdmançı  





Xəbər lenti