Zahid Oruc: Onlar casusdular

Zahid Oruc: Onlar casusdular
  18 Dekabr 2013    Oxunub:1048
Millət vəkili "Freedom" təşkilatının rəhbərlərinin əksəriyyətinin Mərkəzi Kəşfiyat İdarəsinin keçmiş rəhbərləri olduğunu deyib.

"Heç şübhəm yoxdur ki, ATƏT-in Varşava bürosu "casus şəbəkəsi"dir. Və orada işləyənlərin əksəriyyəti hansısa ölkədaxili məlumatların ələdə edilməsində və ötürülməsində ixtisaslaşıblar". AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında söyləyib.

O, bildirib ki, son illər Azərbaycanda xarici kampaniyaların seçki təbliğatı getməkdədir: “Freedom" təşkilatının rəhbərlərinin əksəriyyəti Mərkəzi Kəşfiyat İdarəsinin keçmiş rəhbərləri olublar. Bunları mən iddia etmirəm, bunların hamsı informasiya resuslarında oturuşmuş məlumatlardır”.

Zahid Oruc xarici təşkilatların demokratiya gətirməsi fikrinin yalnış olduğunu da bəyan edib və qeyd edib ki, beynəlxalq QHT-lərin əksəriyəti öz əməllərini həyata keçirmək üçün çox ciddi fəaliyyət göstərirlər. Millət vakili Ədliyə Nazirliyi və müvafiq dövlət qurumları şəxslərin hüquqi qeydiyatının normal olan təqdirdə aparsını təklif edib.

Zahid Oruc Milli Məclisin üzvlərinin də daxil olmaqla hər kəsin müharibəni təbliğ etmsinin əleyhinə olduğunu söyləyib və bildirib ki, nəinki QHT-lər, hətta Azərbaycan Parlamentinin üzvləri də müharibəni torpaqlarımızın işğaldan azad olunmasında üçün önəmini qeyd edirlər.


Teqlər:  





Xəbər lenti