“Çelsi” öz meydanında məğlub oldu

“Çelsi” öz meydanında məğlub oldu
  15 Dekabr 2019    Oxunub:2163
İngiltərə Premyer Liqasında 17-ci tur davam edir.
Azvision.az xəbər verir ki, bu gün "Çelsi" klubu növbəti oyununu keçirib. "Bornmut"la qarşılaşan "Zadəganlar" öz meydanında 1:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu görüşdən sonra Frank Lempardın komandası turnir cədvəlində 29 xalla 4-cü pillədə qərarlaşıb, "Bornmut" isə 19 xalla 14-cü olub.

Azvision.az



Teqlər: Çelsi  





Xəbər lenti