“Barselona” “El-Klassiko” öncəsi xal itirdi

“Barselona” “El-Klassiko” öncəsi xal itirdi
  15 Dekabr 2019    Oxunub:2562
Futbol üzrə İspaniya La Liqasında 16-cı turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, son ölkə çempionu “Barselona” səfərdə “Real Sosiedad” komandasının qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesabı ilə yekunlaşıb. Bununla da Kataloniya təmsilçisi dekabrın 18-də keçiriləcək “El-Klassiko” öncəsi vacib xal itirib.

Qeyd edək ki, “Barselona”nın heyətində Antuan Qrizman, Luis Suares, “Real Sosyedad”da isə Mikel Oyarzabal və Aleksander İsak fərqləniblər.

Azvision.az



Teqlər: Barselona  





Xəbər lenti