“Qəbələ” öz meydanında “Sabah”ı məğlub etdi - VİDEO

Qəbələ şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb. "Qəbələ"nin heyətində Klesio Bauk və Ülvi İsgəndərov fərqləniblər. Klesio Bauk dubla imza atıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyunun 19-da Bakıda keçiriləcək.
Azvision.az
Teqlər: Qəbələ