Bomba təhlükəsi - 50 mindən çox insan evakuasiya edildi

      Bomba təhlükəsi    - 50 mindən çox insan evakuasiya edildi
  15 Dekabr 2019    Oxunub:6462
İtaliyanın Brindizi şəhərində təxminən 40 kiloqramlıq dinamit yatağı aşkarlanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik orqanlarının qərarı ilə 50 mindən çox sakin şəhərdən evakuasiya edilib. Əraziyə cəlb olunan mütəxəssislər bombanı zərərsizləşdiriblər.

Qeyd olunub ki, tapılan bomba İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya hərbi qüvvələri tərəfindən atılıb.

Azvision.az



Teqlər: İtaliya   Bomba  





Xəbər lenti