Qılıncoynadanlarımız dünya kubokunda iştirak edir

Qılıncoynadanlarımız dünya kubokunda iştirak edir
  16 Dekabr 2019    Oxunub:1936
Azərbaycanın qadın qılıncoynadanları ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən dünya kuboku turnirində iştirak edirlər.
Azvision.az xəbər verir ki, yarışa ölkəmizdən milli komandanın üzvləri Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova qatılıblar. Sablyaçılarımız turnirdə baş məşqçi Çingiz Mustafayev və məşqçi Vadim Şturbabinin rəhbərliyi ilə yarışırlar.

Qeyd edək ki, dünya kuboku turnirində 25 ölkədən 186 qılıncoynadan mübarizə aparır.

Azvision.az



Teqlər: dünyakuboku   yarış  





Xəbər lenti