“Fənərbağça” səfərdə darmadağın oldu

  15 Dekabr 2019    Oxunub : 1345
“Fənərbağça” səfərdə darmadağın oldu
Türkiyə Super Liqasında XV turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün “Sivasspor” klubu öz meydanında “Fənərbağça”nı qəbul edib. Gərgin hücumlarla yadda qalan görüşdə “Fənərbağça” 3:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, meydan sahiblərinin qollarını Fernando Andrade, Emre Kilinç və Ziya Erdal vurub. İstanbul klubunun heyətində Deniz Türüç fərqlənib.

Azvision.az

Teqlər: Fənərbağça   Liqa   Türkiyə