“Mançester Siti” “Arsenal”ı məğlub etdi

  15 Dekabr 2019    Oxunub : 1460
“Mançester Siti” “Arsenal”ı məğlub etdi
Futbol üzrə İngiltərə Premyer Liqasında XVII turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, son ölkə çempionu “Mançester Siti” səfərdə “Arsenal” klubu ilə qarşılaşıb. Gərgin hücumlarla yadda qalan görüşdə qonaqlar üç cavabsız qolla qələbəyə seviniblər. “Mançester Siti”nin heyətində De Breyne (2, 40) və Sterlinq (18) fərqlənib.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 35-ə çatdıran Mançester təmsilçisi turnir cədvəlində 3-cü pillədə qərarlaşıb,"Arsenal" isə 22 xalla 9-cudur.

Azvision.az

Teqlər: MançesterSiti   Arsenal