Azərbaycan dünyanın ən güclü ölkələri sırasında

   Azərbaycan dünyanın ən güclü ölkələri sırasında
  16 Dekabr 2019    Oxunub:9040
Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin “BAV Group и Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

İlk üçlükdə ABŞ, Rusiya və Çin qərarlaşıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti