Sarkisyan ona qarşı ifadə verən keçmiş nazirlə üzləşdi

  16 Dekabr 2019    Oxunub : 6326
Sarkisyan ona qarşı ifadə verən keçmiş nazirlə üzləşdi
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sarkisyanla keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyanı üzləşdirib.

Azvision.az xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti məlumat yayıb. Sarkisyanın vəkili Amram Makinyan sabiq prezidentin iştirakı ilə üzləşmənin keçirildiyini təsdiqləyib, amma kiminlə üzləşdiyini açıqlamayıb.
Erməni mediası isə Sarkisyana qarşı ifadə verən şəxsin Serqo Karapetyan olduğunu yazıb.

Qeyd edək ki, Serj Sarkisyanın hakimiyyəti dövründə İrəvanda dizel yanacağının tədarükü üçün keçirilən tenderdə “Maksur” və “Flash” də daxil olmaqla bir çox şirkətlər müraciət edib. “Maksur” daha aşağı qiymət təklif edib və onun müraciəti təsdiq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Lakin Sarkisyan öz rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə "Flash" şirkətinin xeyrinə seçim etməyi tapşırıb.

Cari ilin dekabrın 4-də Xüsusi İstintaq Xidməti keçmiş prezidentə qarşı mənimsəmə və oğurluq ittihamını irəli sürüb. Sarkisyan 2013-cü il yanvarın 25-dən 7-dək bir milyondan çox vəsaiti oğurlamaqda ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Sarkisyan