90 % erməni həyatından narazıdır

90 % erməni həyatından narazıdır
  08 Fevral 2013    Oxunub:811
"Gallup International Association" Təşkilatı Ermənistanda iqtisadi vəziyyətlə bağlı sorğu keçirib
"Gallup International Association" Təşkilatının apardığı rəy sorğusunun nəticələrinə görə, seçicilərin 35 faizi Ermənistandakı iqtisadi vəziyyəti "pis", 24 faizi isə "çox pis" kimi qiymətləndirir.

Sorğu Yerevanda və kənd icmaları da daxil olmaqla, başqa vilayətlərdə fevralın 2-dən 5-dək 18 yaşdan yuxarı 1080 nəfər arasında aparılıb. Təşkilatın Ermənistandakı ofisinin direktoru Aram Navasardyanın sözlərinə görə orta hesabla 36 faiz respondent Ermənistandakı iqtisadi vəziyyəti müsbət qiymtələndirir.

Rəyi soruşulan seçicilərin 9 faizi öz ailələrinin maddi rifahını "yaxşı" və cəmi bir faizi "çox yaxşı" kimi qiymətləndirir. Bununla yanaşı, rəyi soruşulanların 60 faizi ailələrinin maddi gəlirlərinin "orta", 21 faizi "pis" və 9 faizi "çox pis" olduğunu bildirir. Rəyi soruşulan seçicilərdən yalnız 10 faizi öz həyatından tam razı olduğunu bildirir. Digərləri isə əsasən narazı olduğunu deyib.


Teqlər:





Xəbər lenti