Eks-prezidentə ömürlük həbs

Eks-prezidentə ömürlük həbs
  13 Mart 2013    Oxunub:2088
Binyoneni 1982-83-cü illərdə insanlığa qarşı törədilən cinayətlərdə təqsirli bilinir
Argentinada hərbi xuntanın rəhbəri olmuş 85 yaşlı Reynaldo Binyone bundan əvvəl müxtəlif ağır cinayətlərdə müqəssir bilinərək üç ayrı-ayrı uzunmüddətli həbs cəzalarına məhkum edilib.

BBC-nin məlumatına görə, Binyone və 4 başqa hərbçi indiyədək tapılmayan, aralarında 7 hamilə qadının olduğu 23 nəfərin oğurlanmasında təqsirli bilinib.

Hüquq müdafiəçilərinin məlumatına görə, Argentina hərbçilərinin müxalifət fəallarına qarşı apardığı “çirkin müharibə” zamanı 30 minədək insan məhkəmə qərarı olmadan öldürülüb və ya xüsusi xidmətlərin iştirakı ilə müəmmalı şəkildə itkin düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti